Bakının Nizami rayonunda – “Neftçilər” metro stansiyasının yaxınlığında diləndirilən 4 yaşlı qız tapılaraq sığınacağa yerləşdirilib. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən məlumat verir.
Uşaq polis əməkdaşları tərəfindən sığınacağa gətirilib.
“Uşaq qorxudan əsirdi. Baxmayaraq ki, küçə daha qorxuludur. “Çörək ağacı” olan qutusunda isə qara qəpiklər var idi. Polis əməkdaşlarına təşəkkür edirəm”, – Ağazadə əlavə edib.
Sığınacağa yerləşdirilən qız illər öncə küçədə təkbaşına buraxılaraq itlərin hücum çəkdiyi 10 aylıq qızcığazın nənəsinin qızıdır.