Bakı “Ümumdünya Məskunlaşma Günü”nə ev sahibliyi edəcək. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Sözügedən tədbirin də daxil olacağı “Şəhərsalma həftəsi” çərçivəsində 10-larla ölkənin rəsmiləri və ekspertləri, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələri şəhərsalma mövzusunda təcrübə mübadiləsi aparacaqlar.

Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı ilə bağlı çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.