Bakının Xətai və Suraxanı rayonlarının bəzi hissələrində bu gün, 9 iyun saat 10:00-dan qaz olmayacaq. Bu haqda Bakuplus.az məlumat verir.
Xətai rayonunun M.Mehdizadə küçəsi ilə İ.Orucov küçəsinin kəsişməsində baş vermiş yeraltı qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təbii qazın verilməsi dayandırılacaq. Təmir işləri zamanı M.Mehdizadə, İ.Orucov, 8 Noyabr, N.Rəfibəyli, S.Orucov, F.Bayramov və N.Əliyev küçələrində 4000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.
Həmçinin Suraxanı rayonu ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Hövsan kənd və qəsəbəsində 24.000 istehlakçının qaz təchizatında fasilə yaranacaqdır.
Təmir işləri bitdikdən sonra yaranmış məhdudiyyətlər aradan qaldırılacaq.