Bakının bir sıra şose və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, nişanlanma xətlərinin rənglənməsi səbəbindən Zuğulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində hərəkətə qismən məhdudiyyət qoyulacaq.

Yollar 18 iyun tarixinə qədər hər gün gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralıqlarında qismən bağlı qalacaq.

Daha öncə Zuğulba prospektində yolların rənglənməsi ilə bağlı məlumat vermişdik.