Suraxanı rayonunda aptekdən uşaq yeməyini oğurlayan şəxs 20 sutka inzibati qaydada həbs edilib. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Elşad Hacıyev açıqlama verib. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az məlumat verir.

Hacıyev bildirib ki, həmin şəxs oğurladığı qida məhsullarını satmaq məqsədilə talayıb. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir və övladı onun himayəsində deyil.

O, əvvəllər də iki dəfə oğurluq əməllərinə görə məhkum edilib.