Nəsimi rayonunda bank kartından pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini K.Qurbanova Cəlilabad rayon sakini olan bir qadının bank kartından 300 AZN oğurlamaqda şübhəli bilinir. Araşdırma zamanı məlum olub ki, o, Saatlı rayon sakini olan digər bir qadının hesabından 400 AZN oğurlayıb.

Faktla bağlı araşdırma aparılır