Nizami rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə rayonun Kamil Balakişiyev və Əli Vəliyev küçələrinin kəsişməsində baş verib. Kəsişmədə “Prius” və “Santa Fe” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.