Bakı şəhərinin Nəsimi rayonunda paytaxt sakininin kartı oğurlanaraq hesabından 2800 manat çıxarılıb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri Nicat Əzizli və Zahid Əzizov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.