Pirşağı qəsəbəsində qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

14:39 – Pirşağıda qamışlıq yanır

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində qamışlıq sahə yanır. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Xəbər yenilənəcək.