Bakının Pirallahı rayonu ərazisində iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Pirallahı qəsəbəsindəki bir evdən 1000 manat pul, digər evdən isə televizor və həyətindən dəmir qapı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ə.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.