Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ötən gün axşam saatlarında yanğın olub. Hadisə haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
FHN-ə daxil olan məlumata görə, yanğın tullantılar olan ərazidə olub. Hadisə yerinə cəlb olunan bölmələr yanğını söndürüblər.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.