Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində iyunun 24-də qətl hadisəsi baş verib. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, 26 yaşlı Həsən Hudulov bıçaqlanaraq öldürülüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.