Bakıda “Paddle Surfing” mərkəzi açılıb. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az xəbər verir.

Sabunçu rayonunda yerləşən “Bilgah Beach Hotel”in çimərliyində “Paddle Surfing” mərkəzi fəaliyyət göstərir. Burada iştirakçılar İspaniyanın Barselona şəhərindən gələn təlimatçı ilə birgə dərs keçirlər.

Dərslərdə iştirak etmək 1 saat – 30 AZN ödəniş təşkil edir. Həmçinin ayrı lövhələri də kirayə götürmək olar. Lövhələrin qiyməti 1 saat üçün 20 AZN təşkil edir.

Həmçinin fərdi – 1,5 saat – 75 AZN və 6-16 yaş arası uşaqlar üçün – 2 saat – 90 AZN ödəniş etmək lazımdır. Bütün dərslərə Dubaydan gələn peşəkar fotoqrafın çəkilişləri də daxildir.

Mərkəz hər gün saat 08:00-21:00 arası fəaliyyət göstərir. Əlavə məlumat üçün: +994 77 444 20 02.

“Paddle Surfing” lövhə üzərində avarla üzməkdən ibarətdir. Bu idman növü külək sörfinq və adi sörfinqlə bir sırada durur. Barselona şəhərində bu idman növünə maraq çoxdur.