Bakıda təcridxanaya narkotik maddə keçirmək istəyən kişi saxlanılıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Penitensiar Xidmətin rəsmi saytına istinadən məlumat verir.

Fəxrəddin Süleymanov bibisi oğlu Vüqar Xəlilovun yanına görüşə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan idman şalvarının bel ipinə hopdurularaq gizlədilmiş 0,126 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırmaya başlanılıb.