Xətai rayonunda minik avtomobili alışıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Volvo” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşının mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.