Abşeron rayonunun Masazır qəsəbəsində arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə isitinadən xəbər verir.

28 yaşlı Elnur Musayev 25 yaşlı həyat yoldaşı Səkinəxanım İsaqovanı bıçaqlayaraq öldürüb. O, 24 avqust saat 13:30-da polis şöbəsinə yaxınlaşaraq, qətl törətdiyini etiraf edib və təslim olub.

Faktla bağlı araşdırma aparılır.