Bakı-Ağstafa marşrutuna yeni reyslər əlavə olunur. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Adıçəkilən marşrut üzrə artan sərnişin tələbatını nəzərə alaraq, 27 avqust tarixində hər 2 istiqamət üzrə əlavə reyslər təyin olunacaq.
Belə ki, əlavə qatar saat 08:25-də Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
Ənənəvi qrafik isə olduğu kimi qalacaq.