Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mükafatçıları bəlli olublar. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bu gün baş tutan həlledici və axırıncı görüşlərdə medalçılar müəyyənləşiblər. Maqnus Karlsen 1-ci yeri tutaraq, ilk dəfə karyerasında bu titulu qazanıb: norveçli beşqat dünya çempionu finalda Rameşbabu Praqqnanandhanı məğlub edib. Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medala yiyələnib.
Azərbaycan şahmatçısı Nicat Abasov 4-cü yeri tutub. Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana bürünc medalı qazanıb.
Maqnus Karlsen Namizədlər turnirində iştirakdan imtina etdiyinə görə, növbəti 3 yerin sahibləri həmin çempionata bilet qazanıblar.