Bakıda yeməkdən zəhərlənən Dünya kubokunun finalçısı Maqnus Karlsen səhhətindən danışıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Mətbuat Xidmətinə istinadən məlumat verir.
“Dünənə nisbətən özümü daha yaxşı hiss edirəm. Təşkilatçılara minnətdaram. Məni müalicə edən həkimlərə və tibb bacılarına təşəkkür edirəm”, – Karlsen müsahibədə deyib.
Bu gün o, hindistanlı Rameşbabu Praqnananda ilə final qarşılaşmasında görüşəcək. Bundan əvvəl onların birinci yer uğrunda keçirilən partiyaları heç-heçə ilə yekunlaşıb. Dünya Kubokunun qalibi rapid və ya blits oyunlarında müəyyənləşəcək.