Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobupark-3”də məskunlaşan keçmiş köçkünlər sabah, avqustun 25-də Laçın rayonuna yola düşəcəklər. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
İlk mərhələdə 88 nəfərdən ibarət olan 20 ailə Laçın rayonunun Zabux kəndinə köçürüləcək.
Mərasim “Qobupark-3”də, məktəbin qarşısında baş tutacaq.
Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunaraq Azərbaycan Ordusunun nəzarətinə keçib.