Gəncə şəhərində yerləşən mağazaların birindən Bakı sakini oğurluqda şübhəli bilinir. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

16 avqust tarixində adıçəkilən ərazidə yerləşən mağazaların birindən  3150 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Fərzəliyeva saxlanılıb. Faktla bağlı araşdırma aparılır.