Bakının Binəqədi rayonunda yerləşən marketlərin birində oğurluq baş verib. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
14 avqust tarixində adıçəkilən ərazidə yerləşən marketlərdən birindən 2000 manat dəyərində alışqan, tütün məmulatı və kassa aparatı oğurlanıb.
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş V.Əmirov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.