Ədliyyə Nazirliyinin “ƏN TEZ” xidməti bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlayıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Həmin platforma xaricə getmək istəyən vətəndaşlar üçün yaradılıb. Səyahətçilər aeroportdan çıxmadan ən sürəti şəkildə ədliyyə xidmətlərindən yararlana bilərlər.
Mövcud olan onlayn xidmətlər:
- yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydada rəsmiləşdirilməsi;
- məhkəmə qərarına əsasən, borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkar olunduğu halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər.