Bakının Nərimanov rayonunda sakinlər antisanitariyadan şikayət edirlər. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az xəbər verir.

Redaksiyaya müraciət edən sakinin sözlərinə görə, Heydər Əliyev prospekti, 18 və İ. Hidayətzadə küçələrinin kəsişməsində hər dəfə kanalizasiyadan sular küçəyə axır. Ətrafda yerləşən hündürmərtəbəli binalar və obyektləri üfunət bürüyür. Ərazidə yığılan həşəratlar da antisanitar vəziyyət yaradır.

“Çirkab çörək bişirilən yerin yanında axır. Aidiyyəti qurumlar bura gəlib, simlə qurdalayıb, gedirlər. Problemi kökündən heç kim həll eləmir”, – deyə vətəndaş şikayət edib.