Nərimanov rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Abşeron rayon sakini Rüfət Mehdiyev saxlanılıb. Onun üzərindən 3 kiloqram 100 qram marixuana, 5 qramdan artıq metamfetamin, 305 qram tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.