“Neftçi-2”nin futbolçusunun cəzası açıqlanıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Liqanın III turunda “Sabah-2” ilə keçirilən oyunda aqressiv davranışa görə “Neftçi-2”nin futbolçusu Rüfət Abbasovun cəzası açıqlanıb.

Verilən məlumata görə, 18 yaşlı Rüfət Abbasov rəqib oyunçunu bilərəkdən təpiklə vurduğuna görə 4 matçlıq diskvalifikasiya edilib. Müdafiəçinin hərəkəti “Neftçi”ni 300 manat ziyana salıb.

Eyni matçda ciddi qayda pozan İdris İnqilablı – “Sabah-2”nin üzvü birbaşa qırmızı vərəqə alaraq komandasının qarşıdakı 2 oyununu buraxacaq. Komanda isə 150 manat cərimələnib.

“Neftçi-2”nin futbolçusu Həbib İsmayılov isə ikinci sarı vərəqə alıb və meydandan qovulub. İsmayılov 1 oyunluq cəzalandırılıb, klubu 50 manat cəriməyə məruz qalıb.