Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı həlak olub. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə NQÇİ-nin birinci mədən ərazisindəki neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri aparılan zaman baş verib. Məntəqədə olan “Neftqaztikinti” trestinin əməkdaşları – 39 yaşlı qaynaqçı Şamo Nərimanov və 63 yaşlı quraşdırıcı Şirvan Ağaməmmədov beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

Verilən məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb. Şirkət mərhumların ailələrinə başsağlığı diləyib.