Avqustun 15-də Heydər Əliyev prospektində qəza törədən bloger Nicat Şakirli Kliniki Tibbi Mərkəzin reanimasiyasından travmatologiya şöbəsinə köçürülüb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
Hazırda onun müalicəsi davam etdirilir.
“Nikosayağı” kimi tanınan Nicat Mütəllimov “Porsche” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında dayanan TIR-ə çarpılıb. Nəticədə 1 nəfər, Gəncədəki “İmperial” Şadlıq Sarayı və İstirahət Mərkəzinin sahibinin oğlu Ruslan Məmmədov dünyasını dəyişib. Nicat Mütəllimovun qolu amputasiya olunub, Fəxri Rüstəmovun isə qolu əzilib.
Bundan əlavə, qəza zamanı yolu nizamlayan polis də xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam edir.