Bakı və Abşeron yarımadasında sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.

Avqustun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gecə və səhər qısamüddətli yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan olacağı ehtimalı var.

Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək.