Rəşad Dağlı verilən hökmdən razı qalıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Məşhur meyxanaçı hökmdən sonra apellyasiyaya şikayət etməyib. O, cəzaçəkmə müəssisəsinə köçürülür.
“Nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. Qanuna görə, zərərçəkmiş hökm elan olunduğu, təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan 20 gün müddətinə şikayət verə bilər”,- deyə bildirilir.
Tərəflər bundan sonra apellyasiya şikayəti vermək istəsələr, müddətin bərpa edilməsi üçün əsaslı səbəblə məhkəməyə müraciət etməlidirlər.
Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.