“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin adından sosial şəbəkələrdə dələduzluq paylaşımları yayılıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az İctimai Birliyin sədri Mehriban Zeynalovaya istinadən məlumat verir.
O bildirib ki, maddi imkanı zəif olan vətəndaşlar sığınacağa zəng vuraraq məktəbli forması istədiklərini bildirirlər.
“Dünəndən təşkilatımızın e-mail və telefonuna dayanmadan müraciətlər daxil olur. Kimsə elan paylaşıb ki, biz imkansız ailələrə məktəbli geyimi paylayırıq. Kimliyini tapa bilmirik.
Fırıldaq yolla, insanları aldatmaq və sui-istifadə etmək, hissləri ilə oynamaq ağılasığmaz əclaflıqdır.
Mümkünsə, nəzərə alın ki, biz özümüz Bakı Tekstil Fabriki MMC-yə müraciət edərək dəstək istəmişik.
Əgər kimsə bu elanı görübsə, həmin səhifədə qeydlərimi paylaşmağınızı xahiş edirəm”, – Zeynalova öz facebook səhifəsində paylaşım edib.
