Bakının Xətai rayonunun Sabit Orucov küçəsində naməlum şəxslər yaşıllıq zolağı və səkini zəbt edərək obyekt tikmək istəyiblər. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilib.

Qurumun sözçüsü Kamilla Mahmudbəyova artıq orada özbaşına aparılan tikinti işlərinin dayandırıldığını bildirib. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.