Bakının Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində qeydə alınıb. “Chevrolet Aveo” markalı avtomobil “Ravon” markalı nəqliyyat vasitəsinə arxadan çarpılıb. Nəticədə “Qələbə dairəsi” istiqamətində sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.