Yasamal rayonunda külli miqdarda aksizsiz siqaretlər aşkarlanıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Dövlət Vergi Xİdmətinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı rayonun Abbas Mirzə Şərifzadə küçəsi, 124B ünvanında yerləşən köşkdə və digər bir obyektdə qanunsuz tütün məmulatlarının satışı aşkarlanıb. Ümumilikdə 2816 ədəd siqaret tapılıb.
Faktla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar.