Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. Nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır. Sıxlığı aradan qaldırmaq üçün əraziyə polis əməkdaşları cəlb olunublar. Qəza zamanı xəsarət alanların olub-olmadığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.