Abşeronda 2 nəfər 11 evdən oğurluq edib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
23 avqust tarixində adıçəkilən ərazidə yerləşən 11 evdən 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlanıb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə Elmik Nəsirli tutulub. Davam edən araşdırmalar nəticəsində onun əlbir olduğu Bakı sakini Səfər Bayramov da saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.