Bakının Nəsimi rayonunda daş sexi yanıb. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 250 kv.m olan birmərtəbəli sexin içərisində rezin qəliblər və dəzgah yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Sexin qalan hissəsi və bitişik obyektlər alovdan qorunub. Xəsarət alan olmayıb.