Bakıda klassik avtomobillərin yürüşü baş tutacaq. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
26 avqust tarixində Heydər Əliyev Mərkəzinin qarşısında sərgi təşkil olunacaq. Burada qeydiyyatdan keçmiş və mərkəzin nəzdində olan avtomobillərin bir qismi nümayiş olunacaq. 27 avqust tarixində isə klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” İstirahət Mərkəzinədək yürüş edəcəklər.
Yürüşün marşrutu aşağıdakı kimi olacaq:
Heydər Əliyev Mərkəzi – Gülarə Qədirbəyova küçəsi – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti –Bakı Ekspo Mərkəzi –“Sea Breeze” İstirahət Mərkəzi.
Yürüşdən sonra “Sea Breeze” İstirahət Mərkəzində klassik avtomobillərin sərgisi və tanınmış ifaçıların iştirakı ilə konsert təqdim olunacaq. Konsertdə Aysel, Cin, Dilarə Kazımova, Eldar və Nigar, Emin, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə və Zamiq Hüseynov kimi müğənnilər çıxış edəcəklər.