“Qarabağ”ın UEFA Avropa Liqasının play-off mərhələsindəki növbəti oyunu Bakıda keçiriləcək. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.

Sloveniyanın “Olimpiya” komandası paytaxta qonaq gələcək. İlk oyun Azərbaycan təmsilçisinin 0:2 hesablı qələbəsi ilə bitib.

Matç 31 avqust saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlər artıq satışdadır. Qiymətlər 5-75 AZN arasında dəyişir.