Bakıdan olan futbolçu İsveçdə ilk qolunu vurdu. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan millisinin üzvü olan Musa Qurbanlı İsveçin “Djurgårdens IF” klubunda ilk qolunu vurub. İsveç kuboku çərçivəsində keçirilən oyunda futbolçumuz rəqibini 12-ci dəqiqədə məyus edib.
Musa Qurbanlı cari ilin iyul ayında “Qarabağ” FK-dan 1 milyon avro müqabilində transfer olunmuşdur.