“Bakı Metropoliteni” QSC qış rejimi qrafiki tətbiq edəcək. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

“Bakı Metropoliteni” koronavirus (COVID-19) pandemiyasından sonra ilk dəfə – 15 sentyabr tarixindən ənənəvi qış rejiminə keçəcək. Pik saatlarda “Həzi Aslanov” – ”28 May” sahəsində qatarlar arasında interval 2 dəqiqəyə endiriləcək. “Dərnəgül”, “İçərişəhər” – “28 May” istiqamətlərində isə interval 4 dəqiqəyə qədər olacaq.