Bakıda keçiriləcək bal yarmarkasının tarixi bəlli olub. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Tədbir 2-22 oktyabr tarixlərində Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında baş tutacaq. Bu il yarmarkada 250 arıçının iştirakı nəzərdə tutulub.

28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-a qədər isə yarmarkada iştirak üçün qeydiyyat aparılacaq. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsilə onlayn qaydada həyata keçiriləcək. İştirakı təsdiqlənmiş arıçılara 7 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək.Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir.

Bal məhsullarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək və analizdən keçiriləcək.