Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən binadakı mənzillər şəhid ailələrinə veriləcək. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
255 mənzildən ibarət tikili Yeni Salyan yolu, 20 ünvanındadır. Sözügedən evlər şəhid ailələrinə və döyüşlərdə yaralanaraq əlil olan şəxslərə bağışlanacaq.
Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.