Bakının Nəsimi rayonunun Cavadxan küçəsindəki 36 saylı binanın fasadında əsaslı təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Adıçəkilən ərazidə binanın fasadında və dam örtüyündə təmir işlərinə başlanılıb. Eyni zamanda həyətdə təhlükəli vəziyyətdə olan ağacların budanması işləri də aparılır.
Həmçinin gələcəkdə binanın yağış suları axıdan boru və navalçalarının dəyişdirilməsi, giriş pilləkən qəfəslərinin təmir işləri də nəzərdə tutulub.
