Bakı metrosunda 2-ci xanım maşinist işə qəbul edilib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Türkan Bəylər Bakı metrosunda yeni nəsil qatarları idarə edəcək. Əslən Füzuli rayonundan olan xanım Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur və işə yeni qəbul olunan 8 maşinistdən biridir.