Şirkət rəhbərinə hökm oxundu. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Məhərrəm Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirkar “Şans” MTK-nın təsisçisi olub. O, 2018-2021-ci illər ərzində inşa olunmuş yaşayış binalarında 17 mənzili 36 nəfərə saxta sənəd düzəldərək satmışdır. Bundan əlavə, 7 qeyri-yaşayış sahəsini də mənzil adı altında 14 nəfərə satmışdır. Bu yollarla M.Məhərrəmov ümumilikdə 3 milyon 166 min AZN pul ələ keçirmişdir.