Nizami rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in çağrı mərkəzinə bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını sındırdıqdan sonra içəridə bir nəfərin cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.