Bakıda şəhid 31 ildən sonra torpağa tapşırıldı. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
I Qarabağ müharibəsi zamanı Daşaltı istiqamətində itkin düşmüş Nurəli Abdullayev Suraxanı rayonunun Bülbülə qəsəbəsində torpağa tapşırılıb. Vida mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
N.Abdullayevin meyitinin qalıqları Şuşa şəhərində olan kütləvi məzarlıqda tapılmışdır.