“Səbail” futbol klubunun keçmiş idmançısı Şəhriyar Rəhimov 34 yaşında dünyasını dəyişib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Klubun keçmiş müdafiəçisinin Türkiyədə vəfat etdiyi bildrilir. Verilən məlumata görə, Şəhriyar bir müddət xərçəngdən əziyyət çəkirmiş
Rəhimov ötən il karyerasını yekunlaşdırıb. Onu bu qərara çoxsaylı zədələri nəticəsində yaranan xroniki ağrılar vadar edib.
Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində “Səbail”də olarkən karyerasını başa vurub.