Sabunçu rayonunda bir neçə ailənin uşaqları tamamilə baxımsız şəraitdə böyüyürlər. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Azərbaycan Uşaqlar Birliyinə istinadən xəbər verir.

Rayonun “Rus qəbiristanlığı” adlanan ərazisində yaşayan uşaqlar baxımsız və kimsəsiz vəziyyətdə yaşayırlar. Burada bir neçə ailə yaşayır. Onların içində narkotik aludəçisi və QİÇS xəstəsi var. Uşaqların birinin atası isə həbsdədir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qurumlardan müvafiq addım atmalarını xahiş edir.